Qapıçı oyundan əvvəl ölüb
16 Dekabr 2010 Cümə Axşamı 22:35
Bu səbəbdən İngiltərədə "Raşden" - "İstvud" qarşılaşması təxirə salınıb
İngiltərə kuboku öncəsi faciə baş verib. “Raşden” klubunun qapıçısı Deyl Roberts “İstvud”la görüş ərəfəsində 24 yaşında dünyasını dəyişib. Oyun bu səbəbdən təxirə salınıb. Futbolçunun ölümünün səbəbi hələ müəyyənləşməyib.

“Raşden”ə ötən il “Nottingem Forest”dən keçən Deyl əvvəllər “Sanderlend” və “Midlsbro”nun gənclərdən ibarət komandalarında oynayıb. O, Konferensiyada oynayan klubun üzvü idi ki, bu da gücünə görə İngiltərənin 5-ci liqasına bərabər tutulur. Qapıçı “Mançester Siti” və İngiltərə yığmasının futbolçusu Adam Consonun yaxın dostu imiş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar