Qanlarında dopinq aşkar edilən idmançılar Azərbaycan klubunda
28 Sentyabr 2010 Çərşənbə Axşamı 15:25
AZAL heyətinə Veleçko Çolakov və İvan Stoitsovu qatıb.
Ağırlıqqaldırma üzrə AZAL klubuna 2 bolqarıstanlı legioner cəlb olunub. Ağır atletlər Veleçko Çolakov və İvan Stoitsov bundan sonra Azərbaycan klubunda çıxış edəcəklər.

Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərovun ANS PRESS-ə verdiyi məlumata görə, atletlər yığmamıza deyil, yalnız kluba cəlb olunublar. Onların yığmaya cəlb olunması 2012-ci ildə reallaşacaq.

Xatırladaq ki, yeni transferlər 2012-ci il iyunun 8-dən sonra yarışlarda çıxış edə biləcəklər. Buna səbəb Pekin Olimpiya Oyunları ərəfəsində onların qanlarında dopinq aşkar edilməsi və 4 illik beynəlxalq yarışlardan kənarlaşdırılmalarıdır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar