Qana millisinin acı məğlubiyyəti
03 İyul 2010 Şənbə 02:45
Uruqvaylı oyunçular qələbə üçün əllərindən və ayaqlarından gələni etdilər.
Uruqvay millisi futbol üzrə Dünya Çempionatının yarımfinalına çıxıb. Urukqvaylılar ¼ final mərhələsində Qana yığmasını məğlub etdilər.
Qanalı futbolçular hesabı birinci hissəyə əlavə edilmiş dəqiqələrdə vurdular. Salli Muntari uzaqdan dəqiq zərbə ilə komandasını hesabda irəli çıxardı. 55-ci dəqiqədə isə Diyeqo Forlan hesab arasında tarazlığı bərpa etdi. Oyunun əsas vaxtı ərzində komandalardan heç biri qələbə qolunu vura bilmədi.
Əlavə vaxtda isə Qana yığması təşəbbüsü ələ aldı. Afrika komandası bir neçə dəfə fərqlənmək üçün real imkan də qazandı. 120-ci dəqiqədə qanalılar qola çox yaxınlaşılar. Lakin Uruqvay millisinin müdafiəçisi Luis Suares qapı xəttinin üstündə topu əli ilə çıxardı. Buna görə Suares qırmızı vərəqə ilə oyundan qovuldu, qanalılar penalti qazandılar. Lakin Asamoa Qyanın zərbəsindən sonra top qapının üst dirəyinə dəydi. Bundan dərhal sonra hakimin oyuna əlavə edilmiş əlavə vaxtın da başa çatdığını bildirən fiti səsləndi.
Oyunun qalibi penaltilər seriyası ilə müəyyənləşdi. Uruqvay millisindən Diyeqo Forlan, Maurisio Viktorino, Andresu Skotti və Sebastyanu Abreu dəqiq olsa da, Maksimiliano Pereyra penaltini qola çevirə bilmədi. Qana yığmasından isə yalnız Asamoa Qyan və Stefen Appianın zərbəsi dəqiq oldu. Con Mensa və Dominik Adiyinin zərbələrindən sonra uruqvaylı qapısı Fernando Sulera topu qaytardı.
Beləliklə, Uruqvay millisi yarımfinalda Hollandiya yığması ilə qarşışacaq. Hollandlar bir neçə saat əvvəl Braziliya millisini 2:1 hesabı ilə məğlub ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: