Qana millisi Dünya Çempionatının ¼ mərhələsinə çıxdı
27 İyun 2010 Bazar 02:45
Qanalılar uzatma dəqiqələrində ABŞ millisini məğlub etməyi bacardılar.
Qana millisi Dünya Çempionatının 1/8 mərhələsində ABŞ yığmasını məğlub edib. 120 dəqiqədən artıq davam edən oyun 2:1 hesabı ilə başa çatıb.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. 90 dəqiqə 1:1 hesablı heç-heçə ilə bitib. Qana millisinin oyunçusu Kevin-Prins Boatenqin qoluna amerikalılar Lendon Donovanın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsi ilə cavab veriblər. Qarşılıqlı cəhdlərə baxmayaraq, tərəflərdən heç biri həlledici qolu vura bilməyib və oyunun taleyi əlavə vaxtda həll olunub. Oyuna əlavə edilmiş ilk 15 dəqiqənin əvvəlində Asamoa Gyanın qolu qanalılara qələbə gətirib.

Qeyd edək ki, ötən gün Cənubi Koreya millisini 2:1 hesabı ilə məğlub edən Uruqvay yığması da ¼ final mərhələsinə vəsiqə qazanıb. Beləliklə ¼ finalda Qana və Uruqvay milliləri qarşışacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar