Qallas yeni kluba keçdi
23 Avqust 2010 Bazar Ertəsi 13:50
Futbolçu Qallas karyerasını “Tottenhem”də davam etdirəcək.
Fransa yığma komandası və “Arsenal” klubunun müdadiçisi Uilyam Qallas klubunu dəyişib. Futbolçu “Tottenhem” kollektivi ilə bir illik müqavilə bağlayıb. Uilyams Qallas futbol tarixi ərzində Londonun “Çelsi”, “Arsenal” və “Tottenhem” klubunun şərəfini qoruyan ilk futbolçu olacaq.

“Tottenhem” klubunun baş məşqçisi Harri Rednapp Qallasın keçidini belə dəyərləndirib: “Qallas pul üçün Yunanıstan klublarından birinə transfer ola bilərdi. Ancaq o, bu variantı seçmədi. Karyerasını davam etdirmək üçün “Tottenhem”ə gəldiyi üçün ona təşəkkür edirəm”.

Xatırladaq ki, Qallas karyerası ərzində Fransanın “Kan” və “Marsel” klublarının da formasını geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar