“Aslanlar” hesabda irəlidə olsalar da, oyunun sonunda vurulan iki qol “sarı-göylər”ə vacib üç xalı qazandırdı
Türkiyə çempionatında “Qalatsaray” öz meydanında əzəli rəqibi “Fənərbağça” ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qol “Qalatsaray”dan gəlib. 13-cü dəqiqədə “Fənərbağça”nın keçmiş oyunçusu Kazım Kazım fərqlənib. Birinci hissə bu hesabla başa çatıb. “Qalatsaray” hesabdakı üstünlüyünü 75-ci dəqiqəyə qədər qoruya bilib. “Fənərbağça”nın bərabərlik qolunu Semih Şentürk vurub. Oyunun başa çatmasına iki dəqiqə qalmış qonaqlar hesabda irəli də çıxıblar. Aleksin başı ilə vurduğu qol qarşılaşmada son nöqtəni qoyub və “Fənərbağça” çox vacib qələbə qazanıb - 1:2. Ooyun başa çatdıqdan sonra hakim Fırat Aydınusa etirazını bildirən Milan Baroş qırmızı kart alıb.
Bu oyundan sonra “Fənərbağça” xallarının sayını 60-a yüksəldib. 13-cü məğlubiyyətini alan “Qalatsaray”ın isə 33 xalı var.