Qalatasaraylı futbolçulara oruc qadağası
13 Avqust 2010 Cümə 12:20
Baş məşqçi Frank Raykard xəbərdarlıq etdi.
Türkiyənin “Qalatasaray” klubunun hollandiyalı baş məşqçisi Frank Raykard futbolçularına oruc tutmağı qadağan edib. Baş məşqçi toplantıda “Qalatasaray”ın futbolçulara istirahət günlər istisna olmaqla, məşq keçdikləri günlərdə oruc tutmağı yasaq edib.

Türkiyə yığma komandasının baş məşqçisi Quus Hiddink isə futbolçuların oruc tutub tutmayacaqlarına qarışmayacağına dair söz verib.

Xatırladaq ki, “Qalatasaray” klubunun baş məşqçisi Frank Raykard ötən mövsüm futbolçuların oruc tutmalarını qarışmayacağını bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar