Qalatasarayın azarkeşləri rekordlar kitabına düşdülər
19 Mart 2011 Şənbə 02:21
Derbidə azarkeşlərin səsi 131,76 desibelə çatıb və dünya rekordu təzələnib
Ötən axşam Türkiyə çempionatının “Qalatasaray”-“Fənərbağça” qarşılaşmasında dünya rekorduna imza atılıb. “Qalatasaray”ın azarkeşləri stadionda azarkeşlərin ən yüksək səsi rekordunu təzələyiblər.

Ginnesin rekordlar kitabının nümayəndələri “Qalatasaray”ın stadionunda olublar və rəsmi ölçü götürüblər. Qarşılaşmada birinci hissənin sonunda stadionda elan edilib ki, azarkeşlər 131,76 desibel səslə dünya rekordunu təzələyiblər.

İndiyədək stadionda azarkeş səsinə görə rekord göstərici 130,7 desibel idi. Ötən ilin aprelində “Liverpul” və “Çelsi” arasında qarşılaşmanın 45-ci saniyəsində Con-Arne Riisenin qolundan sonra “Ltverpul”un azarkeşlərinin səsi rekord kimi qeydə alınmışdı. Qeyd edək ki, Avropa Birliyində 140 desibel səs ən yüksək hədd sayılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar