Qalatasaray yenə meydanı boynubükük tərk etdi
06 Mart 2011 Bazar 04:36
Qalatasaray öz meydanlarında “Karabükspor”a qalib gələ bilmədi.
Avropa Kubokarından və Türkiyə kubokundan əli üzülən, Türkiyə çempionatında iddiası qalmayan “Qalatsaray” öz meydanında “Karabükspor”a qalib gələ bilməyib. Komandanın sadiq azarkeşlərinin əksəriyyəti heç bir əhəmiyyət kəsb etməyən oyuna tamaşa etməyə gəlməyiblər. Gələnlərin isə hədəfində “Qalatasaray” rəhbərliyi olub. Azarkeşlər “İstefa da bir xidmətdir…” şüarını qaldırıblar. Şüarda “Qalatasaray” prezidenti Adnan Polatın şəkli olub.

Oyuna gəldikdə, komandalardan heç biri qol vuoa bilməyib. Baş məşqçi Georgi Haci oyunçuların mövqelərində dəyişiklikləri sınayıb. Cana mərkəzdə, Lukas Neill isə sağ cinahda oynayıb. Amma bu da “Qalatasaray”ın ”uğursuzluqdan çıxmasına yardım etməyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar