Qalatasaray yenə məğlub
15 Noyabr 2010 Bazar Ertəsi 02:30
“Aslanlar” çempionluq şanslarını möcüzələrə bağladılar
Futbol üzrə Türkiyə çempionatının 12-ci turunda “Qalatsaray” klubu öz meydanında “Manisaspor”u qəbul edib. Mütləq qələbə hədəfi ilə meydana çıxan İstanbul klubu 0:2 hesablı məğlubiyyətlə daha bir şok yaşayıb.

Çempionatda dalbadal pis oyun nümayiş etdirməklə azarkeşlərini təəssüfləndirən “Qalatasaray” iki həftədir məğlub olan “Manisaspor”dan üstün olmaqla tərəfdarlarına bayramqabağı təsəlli vermək istəyirdi. Lakin oyundan sonra gülən tərəf “Manisaspor” oldu. Qonaq komanda 32-ci dəqiqədə Makukula və 76-cı dəqiqədə Simpsonun penaltidən vurduğu qolla “Qalatasaray”ı məğlub etdi. Oyunun ikinci hissəsində azarkeşlər “Qalatasaray”ın futbolçularına və klub rəhbərliyinə etiraz edib. Onların bir çoxu oyunu sona qədər izləmədən stadionu tərk edib.

Bu oyundan sonra “Qalatasaray” lider “Trabzonspor”dan 13 xal geri qalır və turnir cədvəlinin 10-cu pilləsindədir.

Turun digər qarşılaşmalarının nəticələri:

Konyaspor-Kayserispor 0:1
Bucaspor-Ankaragücü 0:0
Bursaspor-Trabzonspor 0 - 2
Eskişehirspor-Antalyaspor 0:0
Qaziantepspor-Fənərbaxça 2:1
Kasımpaşa-Sivasspor 2:0
Gənclərbirliyi-Beşiktaş 0:2
İstanbul B.B-Karabükspor 2:1
Qalatasaray-Manisaspor 0:2


DOSTLARINLA PAYLAŞ:

oyunlar