Qalatasaray yaxşı yol cavabı
03 Yanvar 2013 Cümə Axşamı 19:23
İstanbul klubu Qalatasaray daha bir futbolçu ilə yollarını ayırıb.
“Qalatasaray” daha bir futbolçu ilə yollarını ayırıb. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi mövsümün əvvəlində transfer olunan braziliyalı Krisa “yaxşı yol” deyib.

Qeyd edək ki, Kris “Lion”dan İstanbul klubuna gəlmişdi. O, Uyfalişinin zədələnməsindən sonra yaranan boşluğu doldurmalı idi. Lakin braziliyalı futbolçunun oyunu məşqçilər korpusunu qane etməyib.

“Qalatasaray”ın Krislə müqaviləni qarşılıqlı şəkildə ləğv etdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar