"Qalatasaray" xəstə qapıçı alır
07 Yanvar 2011 Cümə 17:20
Manuel Almunia tezliklə İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq
“Qalatasaray” İngiltərənin “Arsenal” klubunun ispan qapıçısı Manuel Almunianı transfer edir. İspaniya klublarından da bir neçə transfer təklifi alan Almunianın “Qalatasaray”ın formasını geyinmək istədiyi bildirilir.

İspaniyalı qapıçının transfer qiymətinin 1,8 milyon avro olduğu bildirilir. “Qalatasaray” dirsəyində zədə olan Almunianın sağalmasını gözləyir. Futbolçu özünü yaxşı hiss etdikdən sonra tibbi müayinə keçərək İstanbul təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, 33 yaşlı Manuel Almunia 2004-cü ildə İspaniyanın “Albasette” klubundan “Arsenal”a transfer olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar