Qalatasaray və Fenerbaxça ortaq olacaq
17 İyun 2010 Cümə Axşamı 04:20
Qalatasaray və Fenerbaxça ortaq olacaq. Məqsədlərdən biri klubların müştərək mağazaları sayəsində azarkeşlər arasında da yaxın əlaqə yaratmaqdır.
Türkiyənin “Qalatasaray” və “Fenerbaxça” klubları bir çox insanın “mümkün deyil” – dediyi bir layihəni həyata keçirərək ortaq mağaza açmağı qərarlaşdırıb. Artıq hər iki klubun idarə heyəti arasında bu istiqamətdə danışıqlar başlayıb. FB-lı idarəçi Abdullah Kiğlı bu mağazalarda sadəcə iki klubun yox, bütün klubların lisenziyalı məhjsullarının satılacağını deyib. “Beşiktaş” idarəçiləri ilə də danışıqlar aparacaqlarını bildirən Kiğlı məqsədlərinin klubların müştərək mağazaları sayəsində azarkeşlər arasında da yaxın əlaqə yaratmaq, bundan başqa klubların tək başlarına öhdəsindən gələ bilməyəckləri məsrəfləri qarşılayaraq məsrəfləri bölüşmək olduğunu deyib. abdullah Kiğlı həmçinin bu mağazada Milli komanda formasının da satılacağını istisna etməyib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: