Qalatasaray ve Fenerbaxça cezalandırıldı
17 Avqust 2013 Şənbə 04:13
Qalatasaray ümumilikde 90 min, Fenerbaxça ise 110 min türk liresi pul cezası ödeyecek.
Türkiyə Futbol Federasiyası superkubok qarşılaşmasında üz-üzə gələn “Qalatasaray” və “Fənərbaxça” klublarını cəzalandırıb.
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası İcraiyyə Komitəsi superkubok qarşılaşmasında azarkeşlərinin matç zamanı və sonrası etdiyi çirkin təzahüratlara görə hər iki klubu pul cəzası ilə cəzalandırıb.
Belə ki, “Sarı-Qırmızılar”a ümumilikdə 90 min, “Sarı-Lacivərdlilər”ə isə 110 min türk lirəsi pul cəzası kəsilib.
DOSTLARINLA PAYLAŞ: