Qalatasaray uduzdu
30 İyul 2013 Çərşənbə Axşamı 02:16
Sarı-qırmızılar Napoliyə müqavimət göstərə bilməyiblər
Yeni mövsümə hazırlıqlarını davam etdirən İstanbulun "Qalatasaray" klubu İtaliyanın "Napoli" kollektivi ilə qarşılaşıb. ANS PRESS-in məlumatına görə, "Qalatasaray" qarşılaşmadan 1:3 hesabı ilə məğlub ayrılıb.
"Sarı-qırmızılar"ın yeganə qolunu matçın 57-ci dəqiqəsində Nordin Amrabat vurub. "Napoli"nin heyətində isə 4-cü dəqiqədə Pandev, 81-də Zuniga, 90+3-də penalti zərbəsilə İnsigne vurub.
"Qalatasaray"ın heyətində 90-cı dəqiqədə Dani Nounkeu və Fernano Muslera qırmızı vərəqə görərək meydandan qovulub.
DOSTLARINLA PAYLAŞ: