Qalatasaray tarix yazdı
13 Mart 2013 Çərşənbə 14:01
Türkiyə klubu Qalatasaray Avropanın ən nüfuzlu klub çempionatının ¼ final mərhələsində!


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Türkiyənin “Qalatasaray” klubu səfərdə Almaniyanın “Şalke” komandası ilə qarşılaşıb. Bu komandalar arasında Türkiyədə keçirilən oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.

“Qalatasaray” səfərdə inamlı oyun göstərib və 3:2 hesabı ilə qalib gəlib. Bu hesab “sarı-qırmızılı” klubu Avropanın ən nüfuzlu klub çempionatının ¼ final mərhələsinə çıxarıb. “Qalatasaray”ın növbəti rəqibi püşkatma nəticəsində məlum olacaq.










































DOSTLARINLA PAYLAŞ:

oyunlar