Qalatasaray tarix yazdı
02 Oktyabr 2010 Şənbə 10:15
İstanbul klubu Qalatasaray gözlənilməz məğlubiyyət alıb.
“Qalatasaray” klubu tarixində ilk dəfə “Kardemirspor Karabükspor” klubuna məğlub olmaqla bir rekorda imza atıb. Türkiyə çempionatının son dörd oyununda qələbə qazanaraq azarkeşlərini sevindirən “Qalatasaray” 11 ildən sonra görüşdüyü “Kardemir Karabükspor”a səfərdə 0:2 hesabı ilə uduzub.

İstanbul klubu daha öncə “Kardemir Karabükspor”la 6 dəfə qarşılaşaraq bu oyunların 4-də qələbə qazanmış, 2-də heç-heçə oynamışdı.

“Qalatasaray” zəif rəqibi qarşısında çox məzmunsuz oyun nümayiş etdirərək ilk real qol vəziyyətini oyunun 75-ci dəqiqəsində yaradıb. “Kardemir Karabükspor” bu parlaq qələbə ilə turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar