Qalatasaray sükutu pozdu
08 İyul 2010 Cümə Axşamı 17:05
İstanbul klubu Qalatasaray iki futbolçu ilə razılığa. gəlib
Türkiyənin “Qalatasaray” klubu nəhayət ki, susqunluğu pozaraq transfer çalışmalarına start verib. Klub rəhbərliyi 2 əcnəbi futbolçu ilə razılıq əldə etdiyi haqda məlumat yayıb. Bu futbolçular Fransanın “Monako” klubunun şərəfini qoruyan Xuan Pablo Pino və İngiltərənin “Sanderlend” klubunun üzvü Lorik Kanadır.

23 yaşlı Pino hucumçudur. 27 yaşlı Kananın hansı mövqedə çıxış etdiyi bildirilməsə də, onun Albaniya yığmasının üzvü olduğu məlumdur.

Xatırladaq ki, Albaniya yığma komandasının heyətində 40 dəfə meydana çıxmış Kana əvvəllər “Marsel” və PSJ klublarının şərəfini qoruyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar