Qalatasaray startda büdrədi
15 Avqust 2010 Bazar 14:40
Raykardın yetirmələri Sivasdan məğlubiyyətlə qayıdıb.
Türkiyə Superliqasında 2010-2011 mövsümünə start verilib. Ötən gün 4 oyun baş tutub. "Qalatasaray" "Sivasspor"un qonağı olub və mövsümə məğlubiyyətlə başlayıb. Hesabı 7-ci dəqiqədə Mustafa Sarp açsa da, qalan dəqiqələrdə iki qol vuran Sivas təmsilçisi 3 xalı aktivinə yazıb.

"Qalatasaray"dan fərqli olaraq, "Bekşiktaş" mövsümə qələbə ilə başlayıb. 46-cı dəqiqədə Bobonun vurduğu qol "Qara Qartal"a "Bursaspor" qarşısında qələbə qazandırıb. "Qaziantepspor" - "Kasımpaşa" və "Eskişehirspor" - "Gənclərbirliyi" oyunlarında isə hesab açılmayıb.

Turun 3 oyunu bu gün keçiriləcək. Qalan iki qarşılaşma isə sabah baş tutacaq.

14 avqust

Qaziantepspor - Kasımpaşa 0:0

Eskişehirspor - Gənclərbirliyi 0:0

Bucaspor - Beşiktaş 0:1
Qol: Bobo, 46.

Sivasspor - Qalatasaray 2:1
Qollar: Bruno Zita, 42. Cihan Yılmaz, 60 - Mustafa Sarp, 7.

15 avqust

Ankaragücü - Trabzonspor
Karabükspor - Manisaspor
Fənərbaxça - Antalyaspor

16 avqust
Bursaspor - Konyaspor
İstanbul BB - Kayserispor
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar