“Qalatasaray”son oyunda məğlub oldu
12 Dekabr 2010 Bazar 02:20
Komandadan narazı qalan azarkeşlər oturacaqları meydaçaya atıblar, klub rəhbərliyinin istefasını tələb ediblər
Türkiyənin “Qalatasaray” klubu 2000-ci ildə dünyanın nəhəng klublarını məğlub etdiyi “Ali Sami Yen” stadionundakı son oyununda azarkeşlərini sevindirə bilmədi. Komanda Türkiyə çempionatı çərçivəsində “Gənclərbirliyi”nə 0:2 hesabı ilə məğlub oldu.
Oyunda hesab 34 saniyədə açılıb. Hurşutun vurduğu qol qonaqlaı hesabda irəli çıxarıb. 25-ci dəqiqədə isə Orhan Şam hesab arasındakı fərqi artırıb. İkinci hissədə “Qalatsaray”ın heyətində Mehmet Batdal və Arda Turan meydana çıxsa da, “sarı-qırmızılar” heç təsəlli qolu da vura bilmədilər.
Qarşılaşmanın 80-ci dəqiqəsindən etibarən azarkeşlər oturacaqları meydana atmağa başlayıblar. Onlar klub rəhbərliyini istefaya çağırıblar.
DOSTLARINLA PAYLAŞ: