Qalatasaray Semih Şentürk ilə anlaşdı
25 May 2011 Çərşənbə 23:35
Futbolçu Semih Şentürk Belçika-Türkiyə oyunundan sonra yeni klubu ilə müqavilə imzalayacaq.
"Fənərbaxça"nın heyətində islahatlar aparılacaq. Türkiyə çempionu "Karabükspor"dan Emmanuel Emenike, "Eskişəhərspor"dan Sezer Öztürkü və Belçikanın "Standard" klubundan Sinan Bolatı heyətinə qatmağa hazırlaşır. Əvəzində isə "sarı-lacivərdlilər" bir neçə futbolçu ilə yollarını ayıracaq.

"Fənərbaxça"nın Kristian Santosu "Barselona"ya satacağı deyilir. Ümidləri doğrultmayan Daniel Quiza və Bilikanın da yola salınacağı dəqiqdir. Türkiyə çempionu Semih Şəntürkə gəldikdə isə millinin üzvü artıq özünə yeni klub tapıb. Belə ki, onun "Qalatasaray"la anlaşdığı deyilir. İddialara görə, "Fənərbaxça"nın hücumçusu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə keçirəcəkləri oyundan sonra əzəli rəqiblə müqavilə imzalayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar