Qalatasaray sakit oturmur
20 İyun 2010 Bazar 20:45
Qalatasaray sakit oturmur. İstanbul klubu transfer bombalarını partlatmağa hazırlaşır.
Hələlik transfer bazarının ən passiv klubu olan "Qalatasaray" transfer bombalarını partlatmağa hazırlaşır. Konkret olaraq hazırda İstanbul klubu dörd futbolçu ilə danışıqları davam etdirir. "Sky Sports İtaliya"nın xəbərinə görə, "Qalatasaray" "Yuventus"un yarımmüdafiəçisi Kristian Poulseni transfer etmək üçün çalışmalara başlayıb. Ötən mövsüm Kristof Daumun israrla istədiyi danimarkalı oyunçu "Fənərbaxça"ya gəlməkdən imtina etmişdi. Lakin bu amil "Qalatasaray"ı narahat etmir. Çünki "Cim-Bom" Frank Raykard amilindən yararlanaraq, danimarkalı futbolçunu razı salmağa çalışır. "Yuventus"da heyətə düşməkdə çətinlik çəkən və baş məşqçi Del Nerinin heyətdə saxlamağı düşünmədiyi Poulsen hazırda Danimarkayla Dünya çempionatında iştirak edir.

Digər bir məlumata görə, "Qalatasaray" ön libero mövqeyinə futbolçu tapıb. Məlumatlarda bildirilir ki, istanbullular Kamerun yığmasının oyunçusu Modeste M’Bamini heyətinə qatmağa hazırlaşır. "Almeriya"da maaşını ala bilmədiyi üçün müqaviləsi pozulacaq afrikalı futbolçuya 1 milyon avro ödəniləcək. Onunla artıq prinsipial anlaşma əldə edilib.

"Qalatasaray"ın onlardan başqa Belçikanın "Anderlext" klubunda forma geyinən argentinalı mərkəz yarımmüdafiəçisi Lukas Biglia və çexiyalı yarımmüdafiəçi Yan Polakla da danışıqlara başladığı bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar