Qalatasaray Ronaldinyo ilə danışıqlar aparır
29 May 2011 Bazar 17:22
Qalatasaray klubunun nümayəndələri Braziliyada Ronaldinyo ilə danışıqlar aparır.
Didye Droqbanı heyətinə qatmaq üzrə olan "Qalatasaray" daha bir şok transferə hazırlaşır. İstanbul klubu Ronaldinyonu heyətinə qatmaq niyyətindədir. Türkiyə mediasının iddiasına görə, "Qalatasaray"ın yeni rəhbərliyində təmsil olunan Faruk Süren və Adnan Öztürk Ronaldinyo ilə danışıqlar aparmaq üçün dünən Rio de Janeyroya yollanıb.

Məlumatlara görə, Ronaldinyonun meneceri ilkin olaraq hər il üçün 8 milyon istəyib. Faruk Süren və Adnan Öztürk Braziliyaya yollanaraq, futbolçunun meneceri ilə görüşüb, qiyməti mümkün qədər aşağı salmaq istəyir. Tərəflər anlaşa bilsə, tezliklə Ronaldinyo "Sarı-qırımızıl" klubla rəsmi müqavilə imzalayacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar