Qalatasaray rəqibini əzdi
    08 Dekabr 2012 Şənbə 23:07
    İstanbul təmsilçisi Qalatasaray çətin Sivas səfərindən 3 xalla dönür.
    
                	 
    
         UEFA Çempionlar Liqasında ən güclü 16 klub arasına daxil olan "Qalatasaray" Türkiyə Super Liqasında uğurlu çıxışını davam etdirir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Qalatasaray" növbəti turda çətin Sivas səfərindən 3 xalla dönüb. "Sivasspor"u Umut Bulutun 2 və Burak Yılmazın bir qolu ilə 3:1 məğlub edən "Qalatasaray" aktivinə 3 xal yazdırıb. "Fənərbaxça" ilə derbi matçı öncəsi "Qalatasaray" bir oyun çox keçirməklə turnir cədvəlində liderliyi də ələ keçirib.
DOSTLARINLA PAYLAŞ: