Qalatasaray rəhbərliyi Fatih Terimə hörmətsizlik edibmiş
08 Oktyabr 2013 Çərşənbə Axşamı 12:23
Unal Aysal Slaven Bliçə may ayında təklif göndərib.
"Qalatasaray" rəhbərliyi Fatih Terimin milliyə baş məşqçi getməmişdən əvvəl ona alternativ namizəd axtarışlarına başladığı ortaya çıxıb.
ANS PRESS goal.com-a istinadən məlumatına görə, klubun sabiq vitse-prezidenti Adnan Öztürk "Tele-gol" verilişinə verdiyi açıqlamada deyib ki, may ayında "Beşiktaş"la eyni zamanda Slaven Biliçə teklif göndərib.
Slaven Bliçin "Qalatasaray"ın prezidenti Ünal Aysala "Sizin baş məşqçiniz var", - deyə bildirdiyini deyən Adnan Öztürk bu vəziyyətdən Fatih Terimin də xəbərdar olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: