Qalatasaray "qol kralı" olan Burak Yılmazı transfer edib
12 İyul 2012 Cümə Axşamı 12:27
Burak Yılmazla 4 illik müqavilə imzalanıb.
Türkiyənin tanınmış futbolçularından olan Burak Yılmaz gözlənilməz qərar verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Moskvanın "Lokomotiv" klubu ilə transferlə bağlı anlaşamadığını "Twitter" sosial şəbəkəsindən elan edən futbolçu ani bir əməliyyatla "Qalatasaray"a keçib. "Sarı-qırmızı" klub Burak Yılmazla 4 illik müqavilə üçün 2,5 milyon avroluq razılaşma əldə edib.

Xaırladaq ki, Burak Yılmaz karyerası ərzində "Beşiktaş"ın da formasını geyinib. Ancaq onun ulduzu "Trabzonspor"da parlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar