"Qalatasaray" Podolskinin transferində qərarlıdır
22 Avqust 2011 Bazar Ertəsi 17:19
İstanbul klubunun nümayəndəsi "Köln" klubuna artıq rəsmi müraciətin göndərildiyini bildirib
“Qalatasaray” Lukas Podolskini transfer etməkdə qərarlıdır. Klubun vitse-prezidenti Adnan Öztürk “Radyospor”a açıqlamasında bildirib ki, bu gün səhər futbolçunun məxsus olduğu “Köln” klubuna rəsmi müraciət göndərib. Podolskinin “Qalatasaray”a gəlmək istədiyini deyən Öztürk qeyd edib ki, transferdə əsas məsələ futbolçunun iradəsidir.

“Futbolçunun iradəsi nə deyirsə, klublar onu nəzərə alıb anlaşma ilə bağlı qərar verir. Əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.

Öz növbəsində Podolskinin meneceri Kon Şramm mətbuatda yer alan dedi-qodularla maraqlandığını deyib. Belə məsələlərə peşəkar yanaşdıqlarını deyən Şramm konkret razılaşmalar olduğu təqdirdə, rəsmi açıqlama verəcəyini söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar