Qalatasaray oyun sistemini dəyişir
    02 Dekabr 2012 Bazar 17:46
    Bundan sonra Qalatasaray 4-2-3-1 sistemi ilə oynayacaq.
    
                	 
    
         “Qalatasaray”ın baş məşqçisi Fatih Terim yeni plan hazırlayıb. Plana əsasən, 4-4-2 sistemi yenisi ilə əvəz olunacaq. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Terim köhnə sistemin artıq işləmədiyi qənaətinə gəlib. Bu üzdən də o yeni 4-2-3-1 sistemi ilə yoluna davam etməkdə israrlıdır.
Bundan sonra “sarı-qırmızılar” rəqib müdafiəsini 1 hücumçu ilə yarmağa çalışacaq. Ona bu işdə sağ və sol yarımmüdafiəçilər kömək edəcək. Çempionlar Liqasının son turunda “Braqa” ilə səfərdə üz-üzə gələcək “Qalatasaray” məhz bu sistemdən yararlanacaq. 
Türk mətbuatının yazdığına görə, Terim Ebonun oyunundan o qədər də razı deyil. Bu üzdən də onu ehtiyat oyunçular skamyasına göndərməyi planlaşdırır.
DOSTLARINLA PAYLAŞ: