Türkiyə Superliqasında 25-ci turun ilk oyunu lider “Qalatasaray” üçün uğursuz olub. ANS PRESS-in məlumatına görə, “sarı-qırmızı” klub öz meydanında “Gəncbərliyi”nə 1:0 hesabı ilə uduzub.
Qarşılaşmada yeganə qolu Vlemincks vurub. “Qalatasaray” isə Droqba ilə real qol imkanını qaçırıb. Ulduz futbolçu penaltidən yararlana bilməyib. “Qalatasaray”ın oyunçusu Gökhan Zan qırmızı kartla meydandan qovulub.