“Qalatasaray” “Levadiya” ilə oyuna hazırlaşır
18 Avqust 2009 Çərşənbə Axşamı 16:55
Türklər rəqibini məğlub edəcəyi təqdirdə, Avropa Liqasının qrup mərhələsinə qatılacaq

 

“Qalatasaray” Avropa Liqası pley-off-un ilk qarşılaşmasında Estoniyanın “Levadiya” klubu ilə avqustun 20-də keçirəcəyi oyuna hazırlıqlarını davam etdirir. İsrailin “Makkabi” (Netanya) klubunu 2 oyunun nəticəsinə görə, 10-1 hesabı ilə məğlub edən “Qalatasaray”-ın Avropa Liqasında göstərəcəyi oyun maraqlı gözlənilir.

ANS PRESS-in “milliyət. com.tr”-yə istinadən verdiyi məlumata görə, “Qalatasaray”-ın böyük ümidlərlə “Mançester Siti”-dən transfer etdiyi braziliyalı Elano da artıq kollektivlə birlikdə məşqlərə qatılır. “Qalatasaray”-ın kapitanı Arda Turan isə zədəli olduğu üçün həkimlərin nəzarəti altında məşq edir.

Klubun digər zədəli oyunçuları Sərkan Çalık və Linderot salonda, komandadan ayrı olaraq məşq edirlər. “Qalatasaray” “Levadiya” səddini keçərsə, Avropa Liqasının qrup mərhələsində yarışmaq hüququ qazanacaq.  /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar