Qalatasaray klubu qelebe qazandı
21 Oktyabr 2013 Bazar Ertəsi 00:46
Qalatasaray klubu reqibini minimal hesabla meğlub etmeyi bacarıb.
Türkiyə çempionatının 8-ci turunda "Qalatasaray" öz meydanında "Kardemir Karabükspor"-u qəbul edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ilk dəqiqələrdən hücuma atılan "Cim bom" 41-ci dəqiqədə Sneyderlə hesabı açmağa müvəffəq olub. Burak Yılmazdan ötürmə alan hollandiyalı topu boş qapıya göndərib(1:0). "Qalatasaray" ilk hissəni minimal hesabla irəlidə bitirib.

İkinci hissənin başlamasından 7 dəqiqə sonra oyuna tarazlıq gəlib (1 -1). Bir dəqiqə sonra isə "Qalatasaray"ın istədiyi hadisə baş verib. Belə ki, 53-cü dəqiqədə "Kardemir Karabükspor"un oyunçusu Puyqrenier Sebastyan Burak Yılmaza qarşı sərtdavranı. Hakim Sebastyana qırmızı vərəqə göstərib və qonaqlar meydanda 10 nəfərlə qalıb.

Bundan sonra "Qalatasaray"ın hücumları səngiməyib. Nəticədə "Sarı qırmızılar" 83-cü dəqiqədə Sneyderin dublu sayəsində qələbə qolunu vurub: 2-1. Görüş bu hesabla da başa çatıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar