Qalatasaray klubu ilə bağlı şok proqnoz
22 Oktyabr 2014 Çərşənbə 11:50
Futbol şərhçisi Ahmet Çakar Qalatasaray klubu ilə bağlı bədbin proqnoz verib.
Türkiyənin tanınmış futbol şərhçisi Ahmet Çakar "Qalatasaray"la bağlı bədbin proqnoz verib.

ANS PRESS-in məlumatına görə, Çakar bu gün Çempionlar Liqasında Almaniyanın "Borrusiya Dortmund" klubuna qonaq olacaq "Qalatasaray"ı dəyərləndirib.

Ahmet Çakar çərşənbə gecəsi çox pis şeylər olacağını bildirib. O qeyd edib ki, oyunda 3-6 qol olacaq:

"İçimdən düşünürəm. Çərşənbə gecəsi üçün pis şeylər olacaq. Qara bir adam, bir erməni görürəm. Nəmli bir hava, pis bir gecə görürəm. "Dortmund" loqosunda 09 yazılıb. Buna əsasən oyunda 3-6 arasında qol görürəm",-deyə şərhçi deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar