Qalatasaray kimin çalışdıracağı bəlli olub
25 Mart 2011 Cümə 19:30
“Qalatasaray”a çempionatın son 8 matçında Bülənt Ündər baş məşqçilik edəcək.


Bakı – APA. George Hacının “Qalatasaray”ın baş məşqçisi vəzifəsindən ayrılmasından sonra komandanı bu mövsümün sonuna qədər hansı mütəxəssisin çalışdıracağı bəlli olub. APA-nın xəbərinə görə, “Qalatasaray”a çempionatın son 8 matçında Bülənt Ündər baş məşqçilik edəcək.

1949-cu il təvəllüdlü B. Ündər 1969-76-cı illərdə “Qalatasaray”da futbol oynayıb. “Qalatasaray”ın 4 il ardıcıl Türkiyə çempionu olduğu və UEFA kubokunu qazandığı illərdə (1996-2000) baş məşqçi Fateh Terimin köməkçisi vəzifəsində çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar