Qalatasaray işini çətinə saldı
21 Fevral 2013 Cümə Axşamı 09:50
İstanbul klubu Qalatasaray öz meydanında “Şalke” ilə heç-heçə oynadı.
UEFA Çempionlar Liqasında Türkiyənin “Qalatasaray” klubu Almaniyanın “Şalke” komandası ilə qarşılaşıb. ANS PRESS-in məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Qalatasaray” oyunun 12-ci dəqiqəsində Burak Yılmazın qolu ilə hesabda irəli çıxıb. Lakin İstanbul klubu üstünlüyünü qoruya bilməyib və ilk hissənin sonuncu dəqiqəsində Cons hesabı bərabərləşdirib - 1:1.

İkinci hissədə tərəflər hesabda irəli çıxmağa çalışsalar da, bu baş tutmayıb və qarşılaşma heç-heçə başa çatıb.

Bu hesab “Qalatasaray” üçün sərfəli deyil və İstanbul klubunu Almaniyada çətin oyun gözləyir. Türkiyə klubu növbəti mərhələyə keçmək üçün mütləq səfərdə ya qalib gəlməli, ya da daha çox qol vurmağa çalışmalı və məğlub olmamalıdır.




























































DOSTLARINLA PAYLAŞ:

oyunlar