“Qalatasaray”ın yeni formaları təqdim olundu
28 İyul 2010 Çərşənbə 01:00
Formalardan üçü nümayiş etdirilsə də, biri sürpriz kimi sonraya saxlanılıb.
Türkiyənin “Qalatasaray” klubu yeni formalarını “Qalatsaray TV” vasitəsilə təqdim edib. Klub bunun üçün manekenlər və futbolçulardan istifadə etməyib.
İstanbul klubu 2010-2011-ci il mövsümü üçün 4 yeni forma hazırlayıb. Onlardan 3-ü təqdim olunsa da, 1-inin təqdimatı sürpriz olaraq sonraya saxlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: