“Qalatasaray”ın ulduzu dilə gəldi
18 Noyabr 2010 Cümə Axşamı 13:15
Braziliyalı Elano öz ölkəsinə dönmək istəyir
Türkiyənin “Qalatasaray” klubunun braziliyalı futbolçusu Elano Blumer komandadan ayrılmaq istəyir.

“Klubla bir problemim yoxdur. Ancaq karyeramı öz ölkəmdə davam etdirmək istəyirəm. “Qalatasaray”la iki illik müqaviləm var. Rəhbərliklə görüşərək ayrılmaq istəyimi onlara bildirəcəm”, - deyə Elano bildirib. Futbolçu Braziliyanın “Santos” klubunda forma geyinmək arzusunda olduğunu da dilə gətirb.

Xatırladaq ki, Elano Blumer “Qalatasaray”a İngiltərənin “Mançester Siti” klubundan transfer olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar