“Qalatasaray”ın qol ümidi geri dönür
24 Fevral 2010 Çərşənbə 14:45
Milan Baroşun yaşıl meydanlara dönəcəyi tarix dəqiqləşdi
“Qalatasaray” klubunun çexiyalı futbolçusu Milan Baroşun yaşıl meydanlara dönəcəyi tarix dəqiqləşib.
Çexiyalı hücumçunun fevralın 28-də Türkiyə çempionatının növbəti turu çərçivəsində “Kasımpaşa” ilə oyunun ikinci hissəsində meydana çıxacağı gözlənilir. Milan Baroş artıq 3 həftədir ki, kollektivlə birlikdə məşqlərdə iştirak edir. Baş məşqçi Frank Raykard artıq futbolçunun formasını bərpa etmək üzrə olduğunu düşünür.

Xatırladaq ki, Milan Baroş Türkiyə çempionatının X turu çərçivəsində “Fənərbaxça” ilə matçda zədələnərək meydandan çıxmışdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar