"Qalatasaray"ın əlində qalan futbolçusu
11 Avqust 2010 Çərşənbə 17:55
Elanonu heç kim almaq istəmir
Transfer mövsümünün başa çatmasına az qalmasına baxmayaraq “Qalatasaray” hələ də ciddi problemlərlə üz-üzə qalıb. Türk klubunun transfer siyasətində ən böyük problem isə Elano Blumerlə bağlıdır. Dünya çempionatında oynadığı iki matçda iki qol vuraraq kifayət qədər diqqət cəlb edən futbolçunun 12 milyon avroya satılması gözlənilsə də, “sarı-qırmızılı”ların ümidləri boşa çıxıb.
Braziliyalı futbolçu ilə əvvəlcə İtaliya klublarının maraqlandığı bildirilsə də, sonradan heç bir klubun əhəmiyyətli bir təklif irəli sürmədiyi müəyyənləşib. Bunun ardınca “cim-bom” rəhbərliyi rusların maraq dairəsinə düşmüş Elanonun 9 milyon avro dəyərində qiymətləndirilməsi barədə xəbər yayıb. Belə görünür ki, nə italyanlar, nə də ruslar Elanonu almaq niyyətində deyillər. Braziliyalı futbolçunun özü isə türk klubundan ildə 3,5 milyon avro qazanır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: