“Qalatasaray”ın əfsanəvi qapıçısı həbs edildi
15 İyul 2010 Cümə Axşamı 15:55
Zoran Simoviç saxtakarlıqda ittiham olunur.
Türkiyənin “Qalatasaray” klubunun əfsanəvi qapıçısı Zoran Simoviç həbs edilib. Serbiya polisi idmançının 58 milyon keçmiş Yuqoslaviya dinarını saxtakarlıqla mənimsədiyini aşkar edib.
Zoran Simoviçlə yanaşı daha 3 nəfər də həbs edilib. Məşhur qapıçının həbs edilməsi ölkədə şok effekti yaradıb.
Xatırladaq ki, Zoran Simoviç 1984-1990-ci illər ərzində “Qalatasaray”ın qapısını qoruyub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: