Qalatasaray hücum xəttini gücləndirir
20 Yanvar 2011 Cümə Axşamı 20:00
İstanbul klubu Qalatasaray "Styaua"nın futbolçusu Boqdan Stankunu transfer edib.
Hücumçu axtarışında olan "Qalatasaray" "Styaua"nın futbolçusu Boqdan Stankunu transfer edib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, İstanbul klubu 23 yaşındakı təcrübəli forvardla 3,5 illiyinə müqavilə imzalayıb. Stankunun transferi üçün 6 milyin avro tələb edən rumınlar "Qalatasaray"ın idman direktoru Adnan Sezginin israrı nəticəsində 5,6 milyon avroya razılaşıb.

2008-ci ildən "Styaua"da oynayan Boqdan Stanku 72 oyunda iştirak edib, 32 qola imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar