Qalatasaray Hamburqla heç-heçə oynadı
12 Mart 2009 Cümə Axşamı 23:25
Sərt şəraitdə keçən oyunda futbolçulara 7 sarı və 1 qırmızı vərəqə göstərilib

 

Türkiyənin «Qalatasaray» klubu UEFA kubokunun 8/1 final mərhələsinin ilk oyununda Almaniyanın «Hamburq» komandası ilə qarşılaşıb. İlk dəqiqələrdən oyun bərabər şəraitdə keçib və ilk qolu qonaqlar vurub. Oyunun 32-ci dəqiqəsində «Qalatasaray»ın kapitanı Ayhan Akman fərqlənib. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissənin ilk dəqiqələrində «Hamburq»lular «Qalatasaray» müdafiəçilərinin səhvindən yararlanaraq, hesabı bərabərləşdirib. 53-cü dəqiqədə isə hakimin müəmmalı qərarından sonra «Qalatasaray» futbolçularda azlıqda qalıb. Oyunun macarıstanlı hakimi adi qayda pozuntusuna görə «Qalatasaray»ın mərkəz yarımmüdafiəçisi Əmrə Aşiqi meydandan qovub. «Hamburq» say üstünlüyündən istifadə etməklə hesabda irəli çıxmağa çox səy göstərsə də, oyunun sonunadək hesab dəyişməyib və «Qalatasaray» Almaniyadan sərfəli heç-heçə ilə qayıdıb.
Onu da qeyd edək ki, «Qalatasaray»-«Hamburq» görüşü həm sərt oyun, həm də oyunçulara göstərilən vərəqələrin sayına görə fərqlənib. Oyunda futbolçulara 7 sarı və 1 qırmızı vətəqə göstərilib.  /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar