“Qalatasaray” futbolçusunu itirdi
04 Dekabr 2009 Cümə 12:55
Gökhan Zan “Panatinaikos”la matçda çiynindən zədə alıb
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Gökhan Zan dünən keçirilən Avropa Liqası turniri çərçivəsində “Panatinaikos”la matçda zədələnib.
Mövsümün əvvəlində “Beşiktaş”dan “Qalatasaray”a transfer edilən Gökhan Zan yunan futbolçu Karagünislə mübarizə zamanı yıxılaraq çiynindən zədə alıb.
Oyundan sonra keçirilən müayinə zamanı futbolçunun çiyninin çıxdığı məlum olub. Əməliyyat olunacağı gözlənilən futbolçu ilk dövrənin sonunadək “Qalatasaray”ın formasını geyinə bilməyəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar