Qalatasaray futbolçuları arasında dava düşüb
20 Sentyabr 2013 Cümə 18:38
Qalatasaray futbolçuları Burak Yılmazla Uesli Sneyder 20 gün imiş ki, küsülü imiş.
“Real Madrid”lə oyunda ağır məğlubiyyət alan “Qalatasaray” düşərgəsindən bir-birinin ardınca həyəcanlı xəbərlər gəlməkdədir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, komandanın iki ulduz oyunçusu- Burak Yılmazla Uesli Sneyder 20 gün imiş ki, küsülü imiş. Yayılan son xəbərlərə görə, Didye Droqba və Uelsli Sneyderin başqa futbolçularla münasibətlərin yaxşı olmayıb. Ayrıca bu ikilinin Burak Yılmaz başda olmaqla, Selcuk İnan və Umut Bulutla uzun zaman danışmadığı bildirilir.
Türkiyə Superliqasının II turu çərçivəsində “Eskişehirspor”la oynanılan qarşılaşmadan sonra Burak Yılmazla Droqba və Sneyder arasında dava düşdüyü barədə məlumatlar var.
Burakın Sneyderi ona ötürmə verməməkdə ittiham etməsi ilə başlanan mübahisəyə Selcuk İnan və Didye Droqba da qoşulub. Davanın böyüməsinin qarşısını Fatih Terim, Hasan Şaş və Ümut Davala alıb.
DOSTLARINLA PAYLAŞ: