“Qalatasaray”dan xoş xəbər
13 Fevral 2010 Şənbə 14:55
Klubun iki aparıcı futbolçusu zədələrini sağaldaraq sıraya dönüb
Uzun müddətdir aldığı zədədən əziyyət çəkən “Qalatasaray”ın çexiyalı futbolçusu Milan Baroş yaşıl meydanlara dönür. Futbolçunun artıq zədəsini sağaldaraq məşqlərə başladığı və 25 fevralda “Atletiko” klubu ilə Avropa Liqası turniri çərçivəsində oynanılacaq qarşılaşmada forma geyə biləcəyi bildirilir.
Əvvəlcə 28 yaşlı Milan Baroşun mart ayında meydanlara çıxacağı bildirilsə də, sonradan futbolçu Almaniyada əməliyyat olunaraq daha tez zədəsini sağaldıb.
Xatırladaq ki, bir qədər əvvəl Avstraliyada müalicə olunan zədəli Hari Kyuelin də, önümüzdəki həftə kollektivlə birlikdə məşqlərə qatılacağı xəbərləri yayılmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: