Qalatasaray'dan daha bir böyük transfer
12 İyun 2011 Bazar 05:49
İstanbul klubu uruqvaylı qapıçı aldı
Türkiyənin “Qalatarasay” klubu uruqvaylı napıçı Nestor Fernando Musleranı transfer edib. “Lig” telekanalının məlumatına görə, İstanbul klubu uruqvaylı qapıçı ilə müqavilə bağlayıb. “Qalatsaray” Fernando Musleranın əvəzinə “Latsio”ya makedoniyalı oyunçusu Lorik Cananı verib. Müqavilənin digər təfərrüatları, o cümlədən, maliyyə tərəfləri barədə məlumat verilmir.
Qeyd edək ki, bir neçə gündü Türkiyə KİV-i məlumat yayırdı ki, “Qalatsaray” Fernando Musleraya fantastik təklif verib. Ümumi hesablamalara görə, söhbət 21 milyon avrodan gedir. Türkiyə klubu “Latsio”da ildə 1 milyon 600 min avro alan qapıçıya 5 illik müqavilə və ildə 2 milyon 800 min avro təklif edib. Bu təklif birinci görüşdə ““Qalatasaray”da oynamaq istəmirəm” deyən qapıçını yola gətirib. Beləliklə, “Qalatasaray” Musleraya beş il ərzində 14 milyon avro ödəməyə hazırdır. Bundan başqa, Lorik Cananı “Latsio”ya verən Türkiyə klubu İtaliya komanadsına 2 milyon avro da ödəyə bilər.
DOSTLARINLA PAYLAŞ: