"Qalatasaray" daha bir transfer reallaşdırmağa yaxındır
27 İyul 2010 Çərşənbə Axşamı 16:00
İstanbul klubu çexiyalı futbolçu Yan Polakla ilkin razılığa gəlib.
Belçikanın “Anderlext” klubunun çexiyalı futbolçusu Yan Polakın “Qalatasaray”la ilkin razılığa gəldiyi bildirilir. Buna görə futbolçu “Anderlext”in Çempionlar Liqası turnirinin üçüncü seçmə turu çərçivəsindəki qarşılaşmada forma geyinməyəcəyi bildirilir.

Çexiyalı futbolçunu heyətinə qatmaq istəyən klublar arasında Portuqaliyanın “Sportinq” (Lissabon) klubu da var idi.

Xatırladaq ki, Yan Polak 2007-ci il ildə Almaniyanın “Nürnberq” klubundan “Anderlext”ə transfer olunmuşdu. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar