Qalatasaray daha bir transfer bombası Esteban Kambiasso
17 İyun 2011 Cümə 22:27
İstanbul klubu Qalatasaray Esteban Kambiasso ilə anlaşdığını bildirilir.
Dünən Madridə yollanıb "Atletiko"nun futbolçuları - Xose Antonio Reyes, Tomas Uyfaluşi və Diyeqo Forlanla anlaşdığı iddia edilən "Qalatasaray" rəhbərliyi daha bir dünya səviyyəli ulduzu heyətinə qatır. Türkiyə klubuna yaxın mənbənin Fanat.az-a verdiyi məlumata görə, "Qalatasaray" Esteban Kambiassonu transfer edir. Artıq tərəflər arasında razılıq əldə olunub. Futbolçunun müqavilə ilə bağlı olduğu İtaliyanın "İnter" klubu da transferə razılıq verib. Argentinalı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq

Tam adı Esteban Matias Kambiasso Deleau olan futbolçu 18 avqust 1980-ci ildə Argentinanın Buenos-Ayres şəhərində dünyaya gəlib. 31 yaşlı müdafiəyə meyilli yarımmüdafiəçi karyerasına vətənində "İndependiente" klubunda (1998-2001, 102 oyun, 14 qol) başlayıb. Daha sonra ölkənin ən köklü klublarından olan "River Plate"a (2001-2002, 37 oyun, 12 qol) transfer olunub. 2002-ci ildə Madrid "Real"ına gələn futbolçu iki il ərzində 42 oyunda meydana çıxıb. 2004-cü ildə "İnter"ə transfer olunan Kambiasso indiyədək 213 oyun keçirib və 30 qola imza atıb.

2000-ci ildən Argentina yığmasına 50 dəfə çağırılan Kambiasso 5 qola imza atıb.

1 dəfə Argentina, 2 dəfə İspaniya, 5 dəfə İtaliya çempionu olan Kambiasso 4 dəfə İtaliya Kubokunu, 4 dəfə İtaliya, 1 dəfə İspaniya Super Kubokunu başı üzərinə qaldırıb. "İnter"də Çempionlar Liqasının qalibi olan futbolçu Klublararası Dünya Kubokunu qazanıb. "Real"da isə Qitələrarası Kubokun və UEFA Super Kubokunun qalibi olub. O, həmçinin iki dəfə gənclər arasında Amerika, bir dəfə dünya çempionu adını da qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar