“Qalatasaray”da 3-cü dəfə Fatih Terim dövrü başlayır
20 May 2011 Cümə 06:03
“Qüvvələrimizi QS üçün birləşdirmək, naliyyət üçün əlimizdən gələni etmək istiqamətində qərar qəbul etdik”
Türkiyənin tanınmış futbol mütəxəssisi Fatih Terim 3-cü dəfə “Qalatasaray”ın (QS) baş məşqçisi oldu. Bu barədə məlumatı QS klubunun sədri Ünal Aysal “NTV”-yə verdiyi müsahbədə bildirib. “Bu gün (dünən) saat 19.05-də Fatih Terimlə danışaraq razılığa gəldik. Qüvvələrimizi QS üçün birləşdirmək, naliyyət üçün əlimizdən gələni etmək istiqamətində qərar qəbul etdik. Bu yaxın əməkdaşlığımız sabahdan (bu gün) qüvvəyə minir”.
Bir vaxtlar QS-ın güclü oyunçu və kapitanlarından biri olan Terim 4 mövsüm davam edən ilk baş məşqçilik müddətində tarixi uğurlara imza atıb. Terimin rəhbərliyində olan QS futbol komandası bu vaxt ərzində müxtəlif qurumlar tərəfindən verilən 12 kubokla təltif olunub.
DOSTLARINLA PAYLAŞ: