Qalatasaray çox çetin qrupa düşdü
29 Avqust 2013 Cümə Axşamı 22:50
Real (İspaniya), Yuventus (İtaliya), Qalatasaray ve (Türkiye) ve Kopenhagen (Danimarka) eyni qrupa düşecek.
Bu gün Çempionlar Liqasında 2013/2014 mövsümünün qrup mərhələsinin püşkü atılır.

ANS PRESS-in Apasport.az-a istinadən verdiyi məlumata görə, Monakoda təşkil olunacaq mərasimdə 32 klub 8 qrupa bölünəcək.

Həmin klublardan 10-u pley-off mərhələsinin qalibləridirsə, 22-si mübarizəyə birbaşa qrup mərhələsindən qoşulacaq. Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu da mübarizəyə bu mərhələdən qoşulanlar sırasındadır.

Püşk ərəfəsində 32 iştirakçı səbətlərə bölünüb. Bu bölgü UEFA reytinqinə əsasən aparılıb. İstanbul təmsilçisi 3-cü səbətdə yer alıb.

A qrupu: “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Bayer” (Almaniya), “Real Sosyedad” (İspaniya).

B qrupu: “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Kopenhagen” (Danimarka)

C qrupu: “Benfika” (Portuqaliya), PSJ (Fransa), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika)

D qrupu: “Bavariya” (Almaniya), MOİK (Rusiya), “Mançester Siti” (İngiltərə), “Viktoriya” (Çexiya)

E qrupu: “Çelsi” (İngiltərə), “Şalke” (Almaniya), “Bazel” (İsveçrə), "Styaua" (Rumıniya)

F qrupu: “Arsenal” (İngiltərə), “Marsel” (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya),

G qrupu: “Porto” (Portuqaliya), “Atletiko” (İspaniya), “Zenit” (Rusiya), “Austriya” (Avstriya),

H qrupu: “Barselona” (İspaniya), “Milan” (İtaliya), “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya)


DOSTLARINLA PAYLAŞ:

oyunlar