Qalatasaray Burak Yılmaz üçün fantastik məbləğ istədi
06 Mart 2013 Çərşənbə 08:16
Klub rəhbərliyi Burak Yılmazı 40 milyon avroya sata biləcəyini açıqlayıb.
“Qalatasaray” klubunun rəhbəri Ünal Aysal Burak Yılmaza görə 40 milyon avro tələb edir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçirdiyi toplantıdan sonra media qarşısına çıxan klub rəhbəri “Qalatasaray”da futbolçu satılmır fikri yoxdur, bu 1970-80-ci illərdə qalıb. Bir futbolçunun çox uzun müddətə eyni bir komandada qalması arzuolunmayan bir haldır” deyə mövqeyini ortaya qoyub.

“Burak Yılmazla bağlı klubumuza heç bir təklif daxil olmayıb. Amma mövsümün sonu yaxınlaşdıqca, qapımızı döyən klublar olacaq. Burak bizim üçün çox dəyərli bir ulduzdur. Yalnız 40 milyon avro gətirilən təqdirdə onu sata bilərik. "Atletiko Madrid"in oyunçusu Falkaoya görə 55 milyon avro verilirsə, mənim oyunçum üçün də 40 milyon avro ödənə bilər”, - deyə Ünal Aysal Burak vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar